Lənkəranda 22 yaşlı qızı öldürüb, həyətdə basdırdılar...
Dərc olunub:
14-05-2024, 22:11
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb.
Report-un məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır.
İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalar başlayıb.
***
Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub.
O, Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. K.Ağayeva martın 2 də itkin düşüb.
O, Cəlilabadda kollecdə oxuyub. Lənkərana işləmək üçün gəlib, lakin martdan onunla əlaqə kəsilib. Yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Son xəbərlər
