"Bakcell" yeni məhsulu ilə F1 sürətini evlərə gətirəcək!

"Bakcell" yeni məhsulu ilə F1 sürətini evlərə gətirəcək!"Bakcell" Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - "F1 Star" fiber internet paketini təqdim edir.

Avrasiya.net xəbər verir ki, ölkənin ən sürətli mobil operatoru" şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti təmin edən Bakcell, bu dəfə yeniliyi evlərə gətirir.Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul,evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını göstərəcək.

1 Gigabit sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il tarixindən etibarən abunəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanmış müxtəlif planları ilə satışa çıxarılıb. Bakcell-in təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər dəyərli anlarını kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.

"F1 Star-ın ən sürətli sabit internet olması ilə yanaşı, Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına sadiqliyini təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli sabit şəbəkəni təmin edərək, dəyər təkliflərini artırmaqdır. Yeniliklərimiz bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün faydalı bir neçə məhsul seriyası təqdim edəcəyik." deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.

"Bakcell" 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər