Natiq Mehdi qətlə yetirillibmiş - Rəsmi
Dərc olunub:
14-05-2024, 16:20
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirilməsi məlum olub.
Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Müəyyən edilib ki, 1964 ci il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 66 təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsi əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən Elsəvət İslamov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
Son xəbərlər
