Azərbaycanlı tələbə ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb

Azərbaycanlı tələbə ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıbBakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. O, Universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilərək ildə 100 min dollar təqaüd qazanıb.

Eşqin 2019-cu ildə BANM-ə 675 balla daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəriciləri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb. BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodunu istifadə edib.

Bununla “Python” proqramlaşdırma dilinin “Java”da olmayan xüsusiyyətləri ilə “Java” proqramlaşdırma dilinin “Python”da olmayan xüsusiyyətlərini birləşdirib və nəticə uğurlu olub. Bu tətbiq dünya miqyasında da sadəcə bir neçə layihədə mövcuddur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər