QHT layihənin icrasına başlayıb

QHT layihənin icrasına başlayıb“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində “Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuşdur.

Layihənin əsas məqsədi turizmin ətraf aləmi dağıtmasının, ekologiyaya zərər verməsinin qarşısını almaq və icma yönümlü turizmi inkişaf etdirməkdir.

Bunun üçün icma əsaslı turizmlə məşqul olan insanlara təbiətə qayğı ilə sayahətin yollarını öyrədəcək “Ekoturizm məktəbi” təşkil ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində ekoturizm haqqında məlumatlılıq və ekoloji sistemin qorunmasında və zərərin azaldılmasında insanların rolu artırılacaqdır.

Layihənin rəhbəri Nərminə Qəribova layihənin icrasına 01 may tarixindən start verildiyini və tədbirlərin ölkəmizin cənnət guşələrindən olan Astara və İsmayıllı rayonlarında keçiriləməsi nəzərdə tutulduğunu bildirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər