Sizin Reklam Burada

“Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda dəyirmi masa keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda dəyirmi masa keçirilibAprelin 22-də Xəzər rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya Bağı publik hüquqi şəxsin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Xəzər RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, YAP Xəzər rayon təşkilatının, Dendrologiya bağı PHŞ-in,  Mərkəzi Nəbatat bağı PHŞ-in, BBŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun, Zirə Mədəniyyət mərkəzi Eko parkının nümayəndələri iştirak ediblər. 

Tədbiri açan Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında mühüm vəzifələr qoyur.

Elşən Qubranov ölkə başçısının tapşırığına uyğun olaraq ölkə üzrə, paytaxt Bakı şəhərində, o cümlədən Xəzər rayonunda geniş miqyasda yaşıllaşdırma aksiyalarının aparıldığını, ətraf mühitin qorunması, Xəzər sahilinin məişət tullantılarından təmizlənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. 

“Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür”-deyə, o, bildirib.

Bu il ölkəmizdə mühüm tədbirin-BMT-nin İqlim Dəyişikliyi Konfransı üzrə Tərəflər Konfransının-Cop-29-un Bakıda keçiriləcəyini vurğulayan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov isə bidlirib ki, cəmiyyət ekoloji problemlərin nəticələrinin aradan qaldırılması işinə səfərbər olmalıdır.  

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova qlobal ekoloji böhranın artıq ciddi fəsadlar verdiyini bildirib. O, qeyd edib ki, Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına görə, son illər atmosfer çirklənməsi səbəbindən ağciyər xəstəliklərinin sayı artıb. “Qlobal ekoloji böhranın, hava kirliliyinin əsas səbəbi atmosferə atılan istixana effekti yaradan qazların həcminin artmasıdır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Samirə Bağırova qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin kollektivi də ölkəboyu aparılan ekoloji layihələrə dəstək verir. Onun sözlərinə görə, 2023-cü ilin dekabrın 23-də və 2024-cü ilin martın 30-da “Dendrologiya Bağı” PHŞ-nin və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qala qəsəbəsi ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada yüzlərlə ağac əkilib, əkilən tinglərə aqrotexniki qulluq göstərilib. “Dendrologiya Bağı”nən təşkilatçılığı ilə cari ilin aprelin 5-də Bakının Xətai rayonu ərazisində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində də ağacəkmə aksiyası keçirilib. 

Mərkəzi Nəbatat bağı phş-in “Qida və dərman bitkiləri” laboratoriyasının müdiri,  dosent Həsən Babayev son illər ölkədə ekosistemin bərpası, yaşıl enerjiyə keçid istiqamətində görülən işlərin təqdirlayiq olduğunu bildirib. “Ekoloji problem sərhəd tanımır” deyən Həsən Babayevin sözlərinə görə, bütün ölkələr qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində bütün səylərini səfərbər edərək çalışmalıdır. 

“Dendrologiya bağı”nın əməkdaşı, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qlobal ekoloji böhranın artıq fəlakət həddinə çatdığını bildirib. “COP-29 konfransları əslində beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı həyəcan siqnalıdır. Azərbaycan qlobal ekoloji böhranın aradan qaldırılması üzrə beynəlxalq səylərə dəstək verir. Bu il ölkəmizdə COP-29 tədbiri keçiriləcək. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili elan olunması haqqında sərəncam əslində cəmiyyətə səfərbərlik çağırışıdır. Son 30 ildə Azərbaycanda ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi müşahidə olunub. Ermənilər işğal altında saxladıqları Şərqi Zəngəzur və Qarabağda ekoloji terror həyata keçiriblər. İri şəhərlərimizdə isə plansız urbanizasiya və əmək miqrasiyası nəticəsində çoxillik ağaclar, meşə massivləri məhv edilib”. 

Son illər paytaxt Bakıda, Xəzər rayonunda yaşıllıqların salınması istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayan Elman Cəfərlinin sözlərinə görə, qlobal iqlim dəyişikliyi hər bir fərdə belə təsir edəcək: “İnsanlar sosial təbəqələrə ayrıla, fərqli evlərdə yaşaya bilər. Ancaq udduğumuz hava, içdiyimiz su eynidir. Ona görə də havanın təmizliyi hər kəsi düşündürməlidir. Ona görə də beton Bakıdan yaşıl Bakıya, karbonsuz nəqliyyata keçid istiqamətində işlər sürətlənidirilməlidir”.

“Dendrologiya bağı”nın əməkdaşı, “Ekologiya və İqlimləşdirmə” laboratoriyası  müdiri Leyla Atayeva “Biomüxtəlifliyin qorunmasında dendroloji bağlarının rolu” adlı video-slayd ilə çıxış etmiş, ətraf mühitin mühafizəsində və qlobal tarazlığın qorunmasında nəbatat bağlarının əhəmiyyəti haqqında danışmışdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər