Sizin Reklam Burada

Bakı Fransız liseyi fəaliyyətini dayandırır - Rəsmi

Bakı Fransız liseyi fəaliyyətini dayandırır - RəsmiBakı Fransız liseyi fəaliyyətini dayandırır.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.

***

Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı doğrudur.

Bunu Oxu.az-a Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, liseyin şagirdləri valideynlərinin istəyi ilə Bakıdakı digər özəl və dövlət məktəblərinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub.

Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər