18 yaşlı gənc tanışı tərəfindən bıçaqlandı
Dərc olunub:
19-04-2024, 09:29
Quba şəhərində 18 yaşlı oğlan bıçaqlanıb.
Hadisə "Quba Şəhər Meydanı" adlanan ərazidə qeydə alınıb.
2006-cı il təvəllüdlü Kənan Zaidov münaqişə zəminində tanışı olan həmyaşıdı Ayaz Həşimovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, Kənan Zaidov tutulub.