Şəhidin Anım gününə həsr olunmuş tədbir keçrilib
Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında Aprel döyüşlərinin səkkizinci ildönümü ərəfisində həmin döyüşlərin son şəhidi olan Axundov Sənan Tahir oğlunun Anım gününə həsr olunmuş tədbir keçrildi.
Tədbirdə şəhidin ailə üzvləri, dövlət rəsmiləri, şəhid ailələləri, hərbçilər, İctimai Birlik sədrləri və digər qonaqlar iştirak etdilər.
“QAYIDIŞ” İctimai Birliyinin sədri Hasil Tağıyevin və “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin təşkilatçılığı ilə ərsəyə gələn tədbir bir dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Dövlət Himni açıq elan olundu.
Ömrünün 20 ilini vətən naminə yaşayan, vətənə ilk azadlıq sevincini yaşadan qəhrəmanın şərəfli ömür və döyüş yolundan bəhs olunan “MƏN NİGARAN DEYİLƏM” adlı sənədli film təqdim olundu. Daha sonra Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova çıxış etdi və ardınca direktoru olduğu B. Sultanov adına 34 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin hazırladıqları kompozisiya nümayiş olundu.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinİn solistləri vətənpərvər musiqilər səsləndirdilər. Milli Məclisin deputatı Vüqar İskəndərov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Əbdülməcid Axundovun anası “Şəhid Anaları” İctimai Birliyinin sədri Ceyran Həsənova, təqaüddə olan Polkovnik Mir Qiyas Rüstəmov, Polkovnik-leytenant Bəxtiyar Məlik, Vüqar Əbdüləzimov, Füzuli rayon İcra başçısının müavini Gülbahar Eyvazova və Aidə Eyvazlı çıxış edərək Sənan Axundov haqqında xatirələrindən və Sənanın qəhrəmanlığından söz açdılar.
Tədbirin aparıcısı “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızı şəhidlərin adlarının əbədiləşdirilməsi, gənc nəsldə vətənpərvərliyin təbliğinin aparılması üçün silsilə tədbirlərin davamlı olacağını vurğuladı. Sonda xatirə şəkili çəkildi.