Sizin Reklam Burada

"EVİMİZ TƏMİZ OLSUN!"

"EVİMİZ TƏMİZ OLSUN!"Bildiyiniz kimi BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan edilmisdir.

COP 29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” dir.

Dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP-29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq."

Bu gün hər bir Azərbaycanlı bu tədbirin ən yüksək səviyyədə keçirilməsində, ölkəmizin mədəniyyəti, tarixi memarlıq abidələri, təbiəti, mətbəxi, turizm xidmətləri, mədəniyyəti və başqa keyfiyyətləri ilə əcnəbi qonaqların yaddaşında müsbət iz buraxmasında öz töfhəsini verməlidir.

Biz də ekoloji təşkilat olaraq evimizə on minlərlə qonağın gələcəyini nəzərə alaraq
"EVİMİZ TƏMİZ OLSUN!" layihəsini icra etməyi qarşımıza məqsəd qoyduq.

Layihənin icrasına 15 aprel 2024-cu il tarixindən start verilmişdir.

Ölkənin istənilən yerində natəmizlik, meşə və gəzinti yerlərində, dəniz sahillərində, məhəllə və küçələrdə tullantılara rast gələn vətəndaşlardan foto görüntü və məkanın (+994) 51-291-72-25 nömrəsinə göndərmələri xahiş olunur.

Məlumat tərəfimizdən dərhal aidiyyatı qurumlara göndəriləcək və natəmizlik aradan qaldırılacaqdir.
Layihə 15 dekabr 2024-cü ilə qədər davam edəcək.
30 dekabr 2024- cü il tarixində ən fəal 3 vətəndaş diplom və mukafatla, digərləri isə təşəkkürnamə ilə təltif olunacaqlar.

Aksiyamıza ölkənin bütün bölgələrindən müraciət edə bilərsiniz.

Hər birimiz çalışaq ki, "EVİMİZ TƏMİZ OLSUN!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər