Tovuzda 23 yaşlı gənc bıçaqlanıb
Dərc olunub:
16-04-2024, 09:01
Tovuzda bıçaqlanma baş verib.
Avrasiya.net-in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü A.Rzayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib vəziyyətinin kafi olduğu bidlirilir.
23 yaşlı oğlanın hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.