Sizin Reklam Burada

“Duzdağ”ın kollektivi 4 aydır əməkhaqqı ala bilmir

“Duzdağ”ın kollektivi 4 aydır əməkhaqqı ala bilmirNaxçıvan Muxtar Respublikası “Duzdağ” Fizioterapiya Mərkəzi 1979-cu ildən fəaliyyət göstərir. Yarandığı ilk günlərdə 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında yaradılan mərkəz 2003-cü ildə müasir tələblərə uyğun yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Hazırda publik-hüquqi şəxs statusu daşıyan mərkəz 474 çarpayı ilə fəaliyyət göstərir. Hər il Azərbaycandan, eləcə dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan müalicə üçün “Duzdağ”a üz tuturlar.

Minlərlə insana şəfa verən sağlamlıq ocağının əməkdaşlarının isə dərdinə çarə qılan tapılmır. Belə ki, Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri 4 aydan çoxdur ki, əməkhaqqı ala bilmirlər. Bu gün mərkəzin 40-dan çox əməkdaşı Naxçıvan Ali Məclisi binasının önünə toplaşaraq əməkhaqqı ala bilmədiklərinə görə, etiraz ediblər. Onların sözlərinə görə, əvvəllər də maaşlarının gecikdiyi hallar olub, amma bu qədər uzun müddətdə heç vaxt baş verməyib sonuncu dəfə dekabrın 15-də əməkhaqqı alıblar.

İşçilər deyir ki, onları Naxçıvan şəhərindən Duzdağa aparan servis avtomobili ödənişlidir. Bu gün pul tapa bilməyiblər, ona görə də heç kim işə çıxmayıb.
İşçilər indiyədək dəfələrlə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Mərkəzin əməkdaşları Yeni ili, Novruz və Ramazan bayramlarını pulsuz keçirdiklərini deyiblər.
Məlumata görə, Naxçıvan Ali Məclisinin yüksək vəzifəli şəxsi şikayətçiləri qəbul edib. Onlara problemin tezliklə həll olunacağı bildirilib.

Qeyd edək ki, son vaxtlar Naxçıvanda belə hadisələr tez-tez baş verir. Bir müddət əvvəl Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin bir qrup əməkdaşı iş şəraitinə etiraz olaraq işə çıxmaqdan imtina etmişdi. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına gələrək çalışdıqları yerdə təhqir olunduqlarını, işləmək üçün heç bir şəraitin yaradılmadığını, əməkhaqlarının azaldıldığını bildirmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər