Sizin Reklam Burada

Klinika rəsmi qurumu təkzib etdi və hədələdi

Klinika rəsmi qurumu təkzib etdi və hədələdiBakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var.

Avrasiya.net xəbər verir ki, klinikadan Oxu.az-a yayılan məlumatların əsassız olduğu bildirilib.

“Klinika fəaliyyətini davam etdirir, bağlanmayıb. Lisenziyası da ləğv olunmayıb. Sosial şəbəkə hesabımızda da bu barədə məlumat yaymışıq. Həkimlər də işlərini davam etdirirlər. Aprelin 9-da klinikanın fəaliyyətinin dayandırılması barədə əsassız məlumat yayan qurumlar barəsində isə rəhbərliyimiz tərəfindən tədbir görüləcək”, məlumatda bildirilib.

Xatırladaq ki, aprelin 9-da Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib. Buna səbəb isə klinikada lisenziyadankənar fəaliyyətin aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər