Sizin Reklam Burada

Cəzalandırılmış hakimlər iş başında: Tofiq Heydərov nümunəsi

Cəzalandırılmış hakimlər iş başında: Tofiq Heydərov nümunəsiHörmətli İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunmasından və Məhkəmə-Hüquq Şurasının sədri seçilməsindən sonra bu istiqamətdə kifayət qədər irəliləyişlər nəzərə çarpır və bu, məhkəmə sisteminin daha da inkişaf edəcəyinə əminlik yaradır. Məhkəmə sisteminin də yeni dönəmin tələblərinə cavab verəcəyi şübhəsizdir.

Amma çox təəssüf ki, bu sistemdə öz maraqları naminə qanunsuz qərarlar çıxaran və bununla da tərəflər arasında qarşıdurmaya rəvac verən hakimlər hələ də var. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Tofiq Heydərov və Samir Mayılovla bağlı kiçik bir araşdırma sübut edir ki, onlar yeni dönəmin tələblərinə cavab vermirlər.

Bu günlərdə Şirvan Apellyasiya Məhkəməsində bir mülki işə baxıldı. Detallara girmədən deyə bilərəm ki, nəticəsi əvvəlcədən bəlli olan qərəzli məhkəmə prosesindən sonra işə baxan hakimlər Tofiq Heydərov və Samir Mayılovla bağlı internetdə axtarış verdim. Xəbər başlıqları müvafiq olaraq belə çıxdı. “Şirvan Apelyasiya Məhkəməsinin hakiminə töhmət verilib”, “Rüşvətxor məhkəmə hakimi cəzalandırılıb”, “Məhkəmə hakimi bahalı itinin yasına batdı” və.s.
Yazılara nəzər salaq. Report.az-ın yaydığı məlumatda qeyd olunur: “Azərbaycanda iki hakimə töhmət verilib, birinə irad tutulub.

Bu barədə "Report"a Məhkəmə-Hüquq Şurasından məlumat verilib. Bildirilib ki, Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib...”.
(https://report.az/hadise/sirvan-apellyasiya-mehkemesinin-iki-hakimine-tohmet-verilib/) Hakim Samir Mayılov haqqında axtarışda isə bu yazı çıxdı: “Azərbaycanda bir neçə məhkəmə hakimi cəzalandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında müvafiq qərarlar qəbul edilib. Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib...”. (https://sputnik.az/20180228/mehkeme-hakimleri-cezalandirilib-414237512.html) Dəyərli oxucular. Göründüyü kimi hər iki hakimin insan olaraq mahiyyəti sadəcə olaraq bu məlumatlarla tam bəlli olur. Bu cür insanları nəinki məhkəmə hüquq sistemində irəli çəkmək, ümumiyyətlə onlara hər hansı kiçik vəzifə belə etibar emək olmaz. Göründüyü kimi rəsmi məlumatlara görə, neqativ əməllər səbəbindən cəzalandırlmış bu hakimlər hələ də iş başındadırlar və öz əməllərini davam etdirirlər.

Mətbuatda adları yalınız mənfi nümunələrlə hallanan bu cür şəxslərin məhkəmə-hüquq sisteminin etibarlılığına və nüfuzuna kölgə salması müxtəlif vaxtlarda aldıqları cəzalardan bəllidir.

Hakim vəzifəsi kimi şərəfli vəzifəni ləkələyən bu cür insanlar inanıram ki, bu sistemdən təmizlənəcəklər. Cənab İnam Kərimov Ali Məhkəməyə sədr təyin olunandan sonra Məhkəmə-hüquq sistemində inkişaf tendensiysı hiss olunur.

Amma çox təəəssüf ki, Tofiq Heydərov və Samir Mayılov kimi korrupsiyaya və süründürməçiliyə görə cəzalandırlmış hakimlər hələ də bu sistemdə qalırlar, eyni zamanda öz əməllərini davam etdirirlər. Bundan ziyan çəkən isə sadə vətəndaşlar və dövlət olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni dönəm başlayıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib, dövlət öz qarşısına yeni hədəflər qoyub.

Ona görə də çalışdığı sahədən asılı olmayaraq dövlət vəzifəsi daşıyan bütün kadrların şəxsiyyəti, xarakteri və potensialı yeni dönəmin tələblərinə adekvat olmalıdır.
Etimad göstərilən kadrlar yeni dönəmin məsuliyyətini tam anlamalı, dövlət başçısının tapşırıq və tövsiyələrinə tam əməl etməlidirlər.

Dövlət başçısı dəfələrlə bu cür hallarla bağlı çıxışlar edib. Prezident İlham Əliyev bildirib: “Kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin..”.

Dövlət başçısı həmçinin bildirib: “Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun... ...Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər...”. Göründüyü kimi hələ də bunu anlamayanlar var, özü də məhkəmə sistemində. Ümid edirik ki, qanunsuzluğa, ədalətsizliyə və nəticədə də iddiaçı və cavabdehlər arasında qarşıdurmaya rəvac verən bu cür hakimlər öz layiqli cəzalarını alacaqlar.

Əli Zülfüqaroğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər