Sizin Reklam Burada

Gömrük Akademiyasının kollektivi şəhid, qazi ailələrini ziyarət edib

Gömrük Akademiyasının kollektivi şəhid, qazi ailələrini ziyarət edibHəmçinin Akademiyanın dünyasını dəyişmiş əməkdaşının xatirəsi yad edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi mübarək Ramazan bayramı münasibətilə şəhid, qazi ailələrini ziyarət edib və Akademiyanın dünyasını dəyişmiş əməkdaşının xatirəsini yad ediblər.

Akademiyanın əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız - Həsənağa Abdullazadə, Raul Piriyev, Vətən müharibəsi qaziləri Ataş Babaxanzadə, Seyid Əkbər Xaliqov, Əzim Qafarov və Akademiyanın vəfat edən əməkdaşı İsrafil İsmayılovun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər.

Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə və Akademiyanın vəfat etmiş əməkdaşının ailəsinə bayram sovqatları təqdim olunub.

Görüşlər zamanı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirirərək Akademiya tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Həmçinin şəhidlərin canı, qanı bahasına qazanılan tarixi Zəfərimizin gələcək nəsillərə ornək olduğunu vurğulayaraq tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər