Burada Sizin reklam ola bilər!

Fərəh Əliyeva Ramin Məmmədovu kollektivə təqdim etdi

Fərəh Əliyeva Ramin Məmmədovu kollektivə təqdim etdiAprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədovu kollektivə təqdim edib.

Avrasiya.net xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan F.Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Prezident cənab İlham Əliyevin dövlət-din münasibətləri sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər