Sizin Reklam Burada

Uşaqların dərs materiallarını mənimsəmə problemlərinə dair psixoloji yardım - Bayrama özəl

Uşaqların dərs materiallarını mənimsəmə problemlərinə dair psixoloji yardım - Bayrama özəlBu günlərdə hər kəs üçün nəzərdə tutulan xeyriyyə tədbiri - “Psixoloji Yardım Ayı” davam edir. Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.

Avrasiya.net xəbər verir ki, bir ay ərzində nəzərdə tutulan Psixoloji Yardım" ayının müddətini “Ramazan Bayramı” münasibətilə 15 aprel 2024-cü ilə qədər artırmağı zəruri hesab etdik. Son zamanlarda valideynləri narahat edən məqamlardan biri də uşaqların dərs çalismaq istəmir, yaxud oxuduğu dərsi qavraya bilmir və ya tez unudur və.s kimi problemlərdir.

Uşaqların dərs materiallarını çətin mənimsəmələrinin və ya mənimsəyə bilməmələrininin səbəblərindən biri onların diqqəti ilə bağlıdır. Bizim beynimizə daxil olan hər şey diqqətin "qapısından" keçir. Ona görə də uşaqlarda diqqətin korreksiyası çalışmalarını mütləq artırmaq lazımdır. Bu baxımdan Nizami Zaidovla diqqətin korreksiyasını və Raven testini işlədik. Raven testi uşağın intellekt səviyyəsini öyrənməklə yanaşı onun inkişafında da mühüm rol oynayır.

Onu da xüsusi olaraq vurğulayaq ki, ailə uşaqların intellektual inkişafında təsirli rola malikdir. Uşaqların mədəni səviyyəsi, ictimai dəyərlərə sayğısı, şəxsi motivasiya və əzmi də ailədən birbaşa asılıdır. Valideynlər təhsil sisteminin vacib halqasına daxildir. Məhz onların köməyi və iştirakı ilə ailənin təsirini müsbətə doğru və daha yüksəyə çatdırmaq olar. Odur ki, biz həm də valideynlərlə effektli münasibət qurmaq, onların sosial statusunu, ovqatını təyin etmək, fərqli cəhətlərini, özəlliklərini bilmək, uşaqlarla münasibətlərində seçdiyi üslubu öyrənməkdə maraqlıyıq. Valideynlərə tərbiyə üslubları barədə biliklər vermək, onların fərqlərini izah etmək, ən doğru üslubun seçilməsinin vacibliyini anlatmağa və onlara digər sahələrdə də yardımçı olmağa hazırıq.

Bir daha nəzərinizə çatdıraq ki, konsultasiyalar təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərovanın iştirakı ilə aşağıdakı ünvanda keçirilir:

Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər