2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib

2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilir.

Aprelin 5-də Bakının Xətai rayonu ərazisində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Bakı şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin kollektivi iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən əraziyə şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində müxtəlif tədbirlərin, eləcə də ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər