Sizin Reklam Burada

Bakıda həbs edilən fransız casusun atası sirri açdı

Bakıda həbs edilən fransız casusun atası sirri açdıCasusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın atası oğlunun görüşdüyü iki "diplomat"ın Fransa xüsusi xidmət orqanlarının agentləri olduğunu təsdiqləyib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Fransalı iş adamının məhkəməsi ötən cümə axşamı Bakıda başlamalı idi. AFP-nin məlumatına görə, bununla belə, məhkəmə prosesi təxirə salınıb və istintaq uzadılıb.

Fransa Prezidenti Emmanuel Makrona yanvarın 23-də göndərdiyi məktubda atası Riçard Rayan yazıb ki, Martin başqalarının oyunlarının qurbanı olub.

“Bu səhər telefonla danışdığım oğlum Martin israr edir ki, DGSE (Fransa xarici kəşfiyyatı) əməkdaşları günahkardırlar. Çünki onlar Martinin razılığı olmadan oğlumu gözdən salmağa çalışıblar”, - R.Rayan AFP-yə bildirib.

Qeyd edək ki, dekabrın 4-də “Merkorama MMC-nin Baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib. Özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim etsələr də, əslində isə xarici kəşfiyyat agentləri olublar. Martini də casusluğa onlar sövq ediblər. Həmin iki agent sonradan Bakıdan qovulublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər