Sizin Reklam Burada

"Ermənistan vaxtilə işğal altında olan ərazilərimizdə ekoloji cinayətlər törədib"

"Ermənistan vaxtilə işğal altında olan ərazilərimizdə ekoloji cinayətlər törədib"Ermənistan vaxtilə işğal altında olan Azərbaycan ərazilərində ekoloji cinayətlər törədib.

Avrasiya.net xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu cinayətlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən yaradılmış istintaq qrupu təhqiqatlar aparır: “Bu cinayətlərin hüquqi nəticələri barədə beynəlxalq ictimaiyyətə məlumat veriləcək, milli və beynəlxalq hüquq norma və qanunlarına uyğun hüquqi tədbirlər görüləcəkdir. Bu cinayətlərin təhqiqatında qarşılıqlı hüquqi yardımın göstərilməsi üçün xarici ölkələrin hüquq-mühafizə orqanlarına da müraciətlər göndərilib. Onlarla intensiv əlaqə saxlanılır. Bütün nəticələr toplandıqdan sonra istintaq materiallarından beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər