Sizin Reklam Burada

Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparıb

Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparıb“Məlumdur ki, bul Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Konfransın Azərbaycana salınması ölkəmizə olan etimadın nəticəsidir. Çünki Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyən ölkələrdəndir. Ölkəmizdə yaşıl enerjiyə keçid siyasəti ardıcıl və məqsədyönlüdür. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, həmçinin, Naxçıvan “yaşıl enerji zonası” elan edilib.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə "Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun fikrincə, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.

Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. Bu anlaşmalara əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq.

Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası fəaliyyət göstərir. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək:

"Azərbaycan, həmçinin Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal işləyir.
Dünya ölkələrində yaşıl enerjiyə keçid ideyası ötən əsrdə baş vermis neft böhranı ilə bağlıdır. Hazırda dünya bazarında neft və qazın qiyməti kifayət qədər bahadır. Belə olan halda bərpa olunan enerjiyə keçid zərurətə çevrilir. İkincisi yaşıl enerji qalıq yanacaq materiallarına: neft, qaz və daş kömürə nisbətən atmosferi daha az çirkləndirir. Müasir dünyamızda dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına ehtiyac var.

Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüsləri dəstəkləyən, yaşıl enerjiyə keçid siyasətini həyata keçirən ölkələrdəndir. 2020-ci ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi təsis edilib. Hazırda ölkəmizin enerji istehsalında bərpa olunan enerjinin payı 5 faizdir. Ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlət tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Qeyd edək ki, 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Azərbaycanda bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci ilin fevralında qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramı Azərbaycanın bərpa olunan enerji istehsalı siyasətinin əsasını qoyub. Bu proqramda 5 milli prioritetindən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinı çevrilməsidir”.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər