Sizin Reklam Burada

DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda qərar...

DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda qərar...Xarici ölkəyə casusluqda ittiham olunan politoloq Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb.

Bu barədə Avrasiya.net-ə Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova məlumat verib.

“Mart ayının 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə - red.) 5 ay uzadılıb”, - R. Qafarova bildirib.

Qeyd edək ki, bundan əvvəl ötən il noyabrın 19-da keçirilən məhkəmə iclası zamanı Nəzakət Məmmədovanın həbs müddəti 4 ay uzadılmışdı.

Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər