Qızını amansızca öldürməkdə suçlanan ata danışdı: "Problemlərim var idi"
Dərc olunub:
2-04-2024, 17:58
Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb.
Avrasiya.net xəbər verir ki, o, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib.
“Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı”, - o deyib.
Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.