Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi
Dərc olunub:
2-04-2024, 10:16
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən QHT-lərin illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. Sözügedən təşkilatlar www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər.
Nazirlik əlavə edib ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.