Sizin Reklam Burada

Xəzər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

Xəzər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilibAzərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamına uyğun olaraq Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib.

Martın 30-da Xəzər Rayon İcra Hakimiyyətinin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) birgə təşkilatçılığı ilə Qala qəsəbəsində keçirilən aksiyada Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Dendrologiya bağı” PHŞ İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, qurumun nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən 200 ədəd piramidal şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.

Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər