Sizin Reklam Burada

İdrak açıq ürək əməliyyatı olunmuşdu, ona qaçmaq olmazdı

İdrak açıq ürək əməliyyatı olunmuşdu, ona qaçmaq olmazdıUkraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürəktutmasından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən “Amerikanın səsi” radiosu üçün reportajlar hazırlayırdı.

Jurnalistin ürəktutmasından dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünki İ.Camalbəyli təxminən 6 ay öncə - 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, 4 damarı dəyişilmişdi.

Mərhumla dostluq edən “Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu Modern.az-a bildirib ki, həkimlər İ.Camalbəyliyə məsləhət görmüşdülər ki, ürək əməliyyatından sonra sağlamlıq durumunu nəzarətdə saxlasın:

“Təəssüf ki, dostumuz özünə baxmır, səhhətinə diqqət etmirdi. Biz də buna görə dəfələrlə onu məzəmmət etmişdik, deyirdik ki, özünü qorusun, çünki ürək damarlarına əvvəlcə stend qoyulmuş, sonra da açıq əməliyyata məruz qalmışdı. Ona sürətli hərəkət, futbol oynamaq, siqaret çəkmək olmazdı. Amma İdrak nə futbol oynamağından qalırdı, nə də siqareti tərgitmişdi. Axırı da belə… Elə dünən futbol oyanayan zaman - stadionda ürəktutmasından vəfat edib. Bu itki İdrakı tanıyanların hamısını çox sarsıtdı”.

Anar Natiqoğlu bildirib ki, hazırda mərhumun cənazəsinin Vətənə yola salınması üçün sənədləşdirmə işləri aparılır: “Səfirlik və diaspor təşkilatları bu işlərlə məşğul olur. Yəqin ki, yaxın 2 gün ərzində onun cənazəsi Bakıya aparılacaq”.

Qeyd edək ki, İdrak Camalbəyli iki uşaq atasıdır. Onun ailəsi Bakıda yaşayır.

1976-cı il təvəllüdlü İ.Camalbəyli 2003-cü ildən jurnalistika ilə məşğul olurdu. O, “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.com və Missiya.az informasiya portallarında çalışmışdı.

Son illər yaşadığı Ukraynada müharibə başlayandan sonra Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayır, “Amerikanın səsi” radiosu ilə əməkdaşlıq edirdi.

İdrak Camalbəyli aprelin 18-də ad gününü qeyd edəcəkdi…

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər