Sizin Reklam Burada

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddiaErməni ekspert Artur Ambartsumyan Bakıda həbsdə olan separatçı Araik Arutyunyanın müsahibəsinin yayımlanmaması barədə sensasion iddia səsləndirib.

Avrasiya.net Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Ermənistan hakimiyyətinin hansısa güzəştə getməsi ilə əlaqələndirib.

Ambartsumyanın fikrincə, rəsmi İrəvan Araikin müsahibədəki etiraflarının beynəlxalq aləmə yayılmasından, Ermənistana problem yaratmasından ehtiyat edib və hansısa güzəştlərə gedib. Əvəzində isə Bakıdan Araikin müsahibəsinin yayımlanmamasını xahiş edib.

Qeyd edək ki, Artur Ambartsumyanın bu iddiası bəzi erməni eksperləri tərəfindən təkzib edilib.

Xatırladaq ki, Qarabağda ləğv edilmiş separatçı rejimin başçısı Araik Arutyunyanın AzTV-yə müsahibəsinin martın 28-də yayımlanacağı açıqlanmışdı. Lakin ötən gün sözügedən müsahibə efirə getməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər