Daha bir azyaşlını it dişlədi
Dərc olunub:
18-03-2024, 17:44
Bərdədə 7 yaşlı uşağı it dişləyib.
Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.
2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.
Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Son xəbərlər
