Sizin Reklam Burada

Təşkilatlar “Psixoloji Yardım Ayı”nı davam etdirir - FOTOLAR

Təşkilatlar “Psixoloji Yardım Ayı”nı davam etdirir - FOTOLARBəşəriyyət tarixən ailəni hər bir cəmiyyətin əsasını təşkil edən bir ittifaq kimi dəyərləndirib. Qədim zamanlardan bəri ailə anlayışı Azərbaycan cəmiyyəti üçün də xüsusi dəyər kəsb edir. Təəssüf ki, boşanmaların günbəgün artması və ailə quranların sayının azalması ailəyə olan dəyərin dəyişməsindən xəbər verir. 2024- cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Məlum rəqəmlər ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2- yə düşməsinin, boşanmaların sayının isə 1,6-dan 2,0-a qədər artdığını təsdiqləyir.

QHT.az xəbər verir ki, bütün bunlardan nəticə çıxararaq gənclərdə ailə quran zaman, evliliyin motivinin düzgün seçilməsi, qərar verərkən nəzərə alınan amillərə diqqət edilməsi və s. bu kimi məsələlər əslində boşanmanın profilaktikasını təşkil edir. Çünki boşanma qərarı alınandan sonra, profilaktika çox vaxt nəticə verməyə bilir. Ona görə də boşanmanın profilaktikası evlilikdən əvvələ təsadüf edir.

Bu məqsədlə, gənc ailələr, ailə qurmaq ərəfəsində olan hər kəs üçün xeyriyyə tədbiri - “Psixoloji Yardım Ayı” davam edir. “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.

Tədbir təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərovanın iştirakı ilə aşağıdakı ünvanda keçirilir:
Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər