Sizin Reklam Burada

Hökumətdən taksi sürücüləri ilə bağlı yeni QƏRAR

Hökumətdən taksi sürücüləri ilə bağlı yeni QƏRARTaksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.

Avrasiya.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:

- taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

- taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə

gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv

edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa

çatıb);

-taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

-taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş

haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

-daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında

şəhadətnamə üzrə məlumat;

-taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

-taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

-taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur -

sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin

daşımır və sifariş qəbul etmir);

-taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin

seriyası və nömrəsi;

-taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının

başlanğıc, son tarixi və vaxtı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər