Ağdaş xəstəxanasında yeyinti: cinayət işi açıldı

Ağdaş xəstəxanasında yeyinti: cinayət işi açıldıAğdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Avrasiya.net-ə Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər