Neftçalada 54 yaşlı kişi dəm qazından öldü
Dərc olunub:
14-03-2024, 10:26
Neftçalada 54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndində baş verib.
1970-ci il təvəllüdlü Elçin Məmmədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.