Bakıda bu ərazidəki fərdi evlər söküləcək

Bakıda bu ərazidəki fərdi evlər söküləcəkBakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq.

Avrasiya.net Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonunda yerləşən "Kubinka" adlanan ərazidən gedir.

Bildirilib ki, "Kubinka"nın yeni məhəlləsində söküntü işləri aparılacaq.

Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək, keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. Söküləcək fərdi evlərin yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.

"Kubinka"da bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər