Sizin Reklam Burada

İctimai Şura sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olub

İctimai Şura sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olubSOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura sədri və üzvləri "Gəncə Cihazqayırma Zavodu"nda olub.

Əvvəlcə zavodun fəaliyyət istiqaməti və istehsal edilən məmulatlar haqqında ətraflı məlumat verilib.

Daha sonra İctimai Şura üzvləri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş 6000 kvadrat metr ərazi ilə yaxından tanış olublar. Zavodda çalışan 200-dən çox işçinin fəaliyyətinə əyani şahidlik edilib, iş şəraitləri ilə maraqlanılıb.

Sonda qaz sayğaclarının istehsal edildiyi bölməyə baş çəkilib. Sayğacların hazırlanması proseduru əvvəldən sonadək izlənilib. İctimaiyyətdə sonradan ödənişli (mexaniki tipli) sayğaclarla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığına əyani şəkildə bir daha əmin olunub.

Xatırladaq ki, SOCAR-ın “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında ötən ilin oktyabrında müqavilə imzalanıb. Müqavilə “Azəriqaz” İB-nin "Gəncə Cihazqayırma Zavodu" ASC tərəfindən yerli istehsal olan qaz sayğacları ilə təmin edilməsini nəzərdə tutur.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər