Sizin Reklam Burada

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübəAzərbaycanda son Parlament seçkilərinin keçirilməsindən artıq dörd il keçir. Həmin seçkilər növbədənkənar olmaqla yanaşı olduqca önəmli seçkilər olmuşdu. Sağlam rəqabət mühitində keçirilmiş bu seçkilərdə bütün siyasi qüvvələrin iştirak etməsi ölkədə demokratiyanın getdikcə daha da dərinləşməsini nümayiş etdirmişdi. Güclü demokratik dövlət olmadan cəmiyyətin davamlı inkişafı mümkün deyil. Demokratiya isə cəmiyyətin maraqlarına xidmət etməyə yönəlmiş dövlət quruculuğu üçün əvəzolunmaz şərtdir.

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında mühüm məqamlara toxunaraq, bütövlükdə ölkəmizin inkişafına dair çox mühüm, önəmli fikirlər səsləndirmiş və dəyərli tövsiyələrini vermişdi: “Məlumdur ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Buna görə də Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirdilər və bu təcrübə indi də davam etdirilir. O cümlədən qanunvericilik sahəsində siyasi sistemin daha da təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən bundan sonra da lazımi addımlar atılacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu məqsədlə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri yaradılmalıdır.”

Prezident çıxışında islahatların dərinləşməsində Parlamentin oynamalı olduğu rolu xüsusi olaraq qeyd edərək bu mənada deputatlar qarşısında böyük vəzifələr durduğunu bildirmişdi. Həqiqətən də keçən dövr istər siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri baxımından, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunların qəbulu baxımından əhəmiyyətli dövr oldu.

Prezidentin VI çağırış Parlament iclasındakı çıxışında ən önəmli məqamlardan biri də şübhəsiz ki, yeni siyasi konfiqurasiya ilə bağlı olmuşdu. “Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir” deyən ölkə başçısı islahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir deyərək genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar aparılmasının vacibliyini qeyd etmişdi.

Bu gün hakimiyyətin bütün qollarında - qanunvericilik, icra və məhkəmə sistemlərində islahatlar aparılır, prosesin sadələşdirilməsi məqsədilə yeni hüquqi aktlar qəbul edilir. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi və hüquqi kadr islahatları intensiv həyata keçirilir. İslahatların ən mühüm nəticəsi ondan ibarətdir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası sayəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikada inkişaf edir. Ötən müddət ərzində aparılan siyasət öz bəhrəsini verir. Azərbaycan digər sahələrdə - orduda islahatların aparılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, həmçinin təhsil sahəsində islahatların aparılmasında inkişafı davam etdirdi.

Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri həm dövlətin, həm də bütün cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmini verdi. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi də onlara göstərilən yüksək etimadla izah olunur. Prezident cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir.

Cənab Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir, nüfuzu durmadan artır. Əlbəttə ki, bunu təmin edən ən başlıca amil Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətdir. Məhz bu siyasətin sayəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır.

Bütün bunlar bir daha təsdiqləyir ki, 4 il əvvəl Cənab Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi qanunvericilik bazasının daha da təkmilləşdirilməsində mühüm rol oynamışdır.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər