"Qərb ölkələrində islamofobiya artıb"

"Qərb ölkələrində islamofobiya artıb"Qərb ölkələrində islamofobiya artıb. Buna qarşı mübarizə tədbirləri gücləndirilməlidir.

Avrasiya.net xəbər verir ki, bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, dini və irqi ayrı-seçkilik ən böyük ikili standartdır: "Qurani-kərimin xaricdə yandırılması əslində dini və əqidə azadlığına qarşı atılan addımdır. Təəssüf ki, Avropada buna qarşı cəza yoxdur. Təsəvvür edin xristian ölkələrinə məxsus hər hansı kitab yandırılsa nə baş verərdi? Belə hadisələr onlara qarşı baş verdikdə islam terrorizmi kimi qələmə verilir".

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri diqqətə çatdırıb ki, terrorizmin heç bir dini yoxdur: "Amma müsəlmanlar hər hansı ictimai fikirlər səsləndirdikdə "terror törədirlər" deyilir. Dinindən, irqindən asılı olmayaraq islamofobiya yaşadığımız bəşəriyyətə qarşı atılan addımdır. İrqçilik adı altında atılan addımlara son qoyulmalıdır. Ayrı-seçkilik olmadan hər kəsə bərabər münasibət nümayiş etdirilməlidir".

A.Mazyek vurğulayıb ki, Qərb ölkələrində islamofobiya artıb və buna qarşı mübarizə tədbirləri gücləndirilməlidir: "Keçmiş səhvlərdən nəticə çıxarılmalıdır. İslamın siyasi alət olmasının qarşısını almalıyıq. İkili standartların hansı formada olmasından asılı olmayaraq qəbul edilməsi sosial ədalətə xələl gətirir. Həmçinin müxtəlif irqçiliyə səbəb ola bilər. Görülən tədbirlər, rasional olmayan tədqiqatlar kifayət etməyəcək. Dinlərarası və mədəniyyətlərarası dialoq bərabər şəkildə təmin edilməlidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər