Sizin Reklam Burada

"Dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib"

"Dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib"Hazırda dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib.

Avrasiya.net xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

O hesab edir ki, Avropanın bəzi ölkələrində islamofobiya aşağıdan yuxarı deyil, yuxarından aşağı yayılır: "Misal olaraq, 2019-cu ildə Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrıseçkilik halları özəl sektorda çalışanlara nisbətdə daha çox olub. Fransa və digər Avropa ölkələri ilə bağlı konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Əhalinin 10 % müsəlmandır. Həmin məscidlər bir otaqdan ibarətdir. Kənardan dəstəyi isə ölkə rəhbərliyi Fransanı islamlaşdırmaq kimi qəbul edir".

G.İsmayılov əlavə edib ki, özəl təhsil müəssisələrində dini təhsil almaq üçün müraciət edən gənclərin 60%-dən yuxarısı imtina cavabı alır: "Getdikcə bəzi Avropa ölkələrində müsəlmanlar cv-lərini təqdim etdikdə dini inanclarını göstərməməyə meyilli olurlar. Bir sıra Avropa ölkələrində, xüsusilə də Fransada müsəlmanlar arasında işsizlik faizi həddindən artıq çoxdur".

O qeyd edib ki, Fransada müsəlmanlara qarşı islamofobiyanın 80 %-i məhz qadınlara yönəlikdir: "Bu ölkədə dini məzmunlu təhsil də yalnız özəl müəssisələrdə tədris olunur. Müsəlman dini icmalar dövlətdən güzəşt əldə etməkdə çətinlik çəkirlər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər