DTX əməkdaşları beynəlxalq sərgidə

DTX əməkdaşları beynəlxalq sərgidəDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər.

DTX-nın Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, 4-7 mart tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” yeni nəsl texnologiya və kibertəhlükəsizlik sərgisi keçirilib.

Texnologiya nəhənglərinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatıldığı bu tədbirdə müvafiq sahə üzrə ekspert və mütəxəssislər tərəfindən müasir çağırışlar, süni zəka əsaslı yeni nəsil kibertəhlükəsizlik həlləri, sənaye nəzarət sistemlərində kiberinsidentlərin idarə olunmasına dair məsələlər, 2030-cu ilədək qlobal texnologiya hədəfləri ilə bağlı ətraflı fikir mübadiləsi və geniş müzakirələr aparılıb.

Tədbirdə ölkəmizin aidiyyəti dövlət qurumlarının və respublikamızda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri ilə yanaşı, DTX nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CİSCO” şirkətinin rəhbər vəzifəli şəxsləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov respublikamızda rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmiş, Azərbaycanın mövqeyinin qlobal kibertəhlükəsizlik indeksində xeyli irəlilədiyi xüsusi vurğulanaraq, Azərbaycanda həyata keçirdiyi önəmli layihələrə görə “CİSCO” şirkətinə təşəkkür bildirilib.

Keçirilmiş görüşdə “CİSCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda hazıradək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd ediblər.

Sonda görüşün əhəmiyyətinə və nəticələrinə toxunularaq, ilkin mərhələdə “CİSCO” şirkəti tərəfindən ölkəmizdə rəqəmsal akselerasiya, həmçinin kibertəhlükəsizlik sahəsində yeni təhsil proqramlarının genişləndirilməsi və qabaqcıl təcrübələrin transferinə dair yeni əməkdaşlıq imkanlarının razılaşdırıldığı vurğulanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər