Sizin Reklam Burada

"Dendrologiya Bağı" PHŞ -nin İdarə Heyəti Mehriban xanım Əliyevanı təbrik edib

"Dendrologiya Bağı" PHŞ -nin İdarə Heyəti Mehriban xanım Əliyevanı təbrik edib"Dendrologiya Bağı" PHŞ -nin İdarə Heyəti Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib

Hörmətli Mehriban xanım! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Azərbaycan qadını bütün dövrlərdə cəsarəti, ağlı, fəhmi, mədəniyyəti və əxlaqı ilə seçilib. Azərbaycan qadının gözəlliyi, nəcibliyi, mübarizliyi və zəngin dünyagörüşü sizin simanızda təcəssüm edir.

Sizin istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığınız diqqət və qayğı Azərbaycan qadınının daxili dünyasının zənginliyindən xəbər verir.
Ulu öndər Heydər Əliyevin başlıca həyat prinsipi xalqa xidmət olub. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin müəyyən etdiyi xətt üzrə uğurla davam etdirilir. Bu işdə dövlət başçısının ən yaxın silahdaşı isə Sizsiniz. Sizin ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə gördüyünüz işlər misilsizdir.
Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid uğurlu layihələri cəmiyyətin inkişafına və xalqımızın rihafına xidmət edir.

Əziz Mehriban xanım, bu gün Azərbaycan Sizi xeyriyyəçi xanım, nəcib insan kimi tanıyır, sevir.
Canınız sağ, ömrünüz uzun olsun! Bayramınız mübarək!

Hörmətlə:
"Dendrologiya Bağı" PHŞ -nin kollektivi adından İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər