Sizin Reklam Burada

"Azəriqaz" İB yanında İctimai Şura üzvləri Gəncədə olublar

"Azəriqaz" İB yanında İctimai Şura üzvləri Gəncədə olublarSOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şuranın sədri və üzvlərinin paytaxtdan kənar ilk səfəri ölkənin 2-ci ən böyük şəhəri olan Gəncəyə baş tutub.

İctimai nəzarəti həyata keçirən Şura üzvləri səfər çərçivəsində Gəncə Regional qaz istismarı İdarəsində olublar.

Əvvəlcə İdarənin şöbələri tək-tək ziyarət olunaraq əməkdaşların iş şəraiti, onları narahat edən problemlər və istehlakçılar tərəfindən ünvanlanan müraciətlərin statistikası ilə maraqlanılıb. Bildirilib ki, SOCAR-ın "Azəriqaz" İB yanında İctimai Şura tək istehlakçıların deyil, həm də Birliyin əməkdaşlarının hüquqlarının qorunmasına xidmət edir.

Şöbələrlə tanışlıqdan sonra Gəncə RQİİ-nin xidmət sahələrinin rəisləri ilə görüş baş tutub. Görüş çərçivəsində xidmət sahələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qaz təchizatında üzləşilən çətinliklərdən danışılıb. İctimai Şura üzvləri öz növbəsində təkliflərini xidmət sahəsi rəislərinin diqqətinə çatdırıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər