Sizin Reklam Burada

Akif Qurbanova cinayət işi açıldı: 30 min avro...

Akif Qurbanova cinayət işi açıldı: 30 min avro...III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb.

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Toplum TV-nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb.

Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bu gün Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

III Respublika Platformasının ofisindən 30 min avro, Fərid İsmayılovun evindən isə 3100 avro pul götürüldüyü bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər