Sizin Reklam Burada

Direktor 11-ci sinif şagirdinin ana olmasından danışdı

Direktor 11-ci sinif şagirdinin ana olmasından danışdı“Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”.

Avrasiya.net xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir.

“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”, - Eşqi Bağırov vurğulayıb.

Qeyd edək ki, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən isə bildirilib ki, məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb və həmin təhsil müəssisəsində araşdırma aparılıb.

"Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib", - deyə məlumatda bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər