Sizin Reklam Burada

Bağça müəllimləri üçün sertifikasiya imtahanı keçirilməyəcək - RƏSMİ

Bağça müəllimləri üçün sertifikasiya imtahanı keçirilməyəcək - RƏSMİBu il üçün bağçalarda çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.

Avrasiya.net xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinq zamanı deyib.

Direktorun sözlərinə görə, cari ildə yalnız məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

O bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır:

“Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Sertifikatlaşdırmaya gəlincə isə bu il tərbiyəçi müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulmur. Sertifikatlaşdırma prosesinə növbəti ildən başlanılacaq. 2026-cı ilə qədər 17 min nəfər sertifikatlaşdırmaya cəlb ediləcək və proses tamamlanacaq".

Eşqi Bağırov məktəbəqədər təhsildə idarəetmənin təkmilləşdirilməsi məqsədilə də tədbirlərin davam etdirilirdiyini bildirib. Onun sözlərinə görə, cari ildə məktəbəqədər təhsil müəssisələrində pedaqoji və idarəetmə heyəti üçün təlimlərin təşkili, keyfiyyət təminatı sisteminin yaradılması istiqamətində işlər aparılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər