Sizin Reklam Burada

Qazilərin universitetlərə qəbulu üçün güzəştlər təklif olunur

Qazilərin universitetlərə qəbulu üçün güzəştlər təklif olunurVətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin edilməsi təklif olunur.

Avrasiya.net xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev səsləndirib.

Deputat bildirib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çox gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdi. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var:

“Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hələ hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qruplarının təşkilinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Ali təhsil haqqında” qanun layihəsini müzakirə etdikdə bu məsələ də orda danışılmışdı ki, qazilər üçün hazırlıq qruplarında müəyyən kvotalar nəzərdə tutula bilər. Çünki həmin şəxslər hazırlıq qruplarına qəbul olduqdan sonra sonda imtahandan keçdikdə I kurs üzrə müvafiq ixtisaslara qəbul olunurlar. Bu o demək deyil ki, onlar imtahansız universitetə qəbul ediləcək, xeyr. Sadəcə bir illik hazıqlı müddətdəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlaşsınlar, gələcək I və II kurslarda həmin fənlərlə bağlı müəyyən kreditləri qazana bilsinlər. Bu məsələnin Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər