Sizin Reklam Burada

Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçiriləcək Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə “Dinlərarası harmoniya” festivalı keçiriləcək.

 Ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdiriləcək.

Festival martın 8-də Nigar Rəfibəyli 12/14 ünvanında yerləşən “Passage 1901” restoranında saat 15:00-dan 20:00-dək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, festivala 8-10 mart tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak edəcək xarici qonaqların da qatılacağı gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər