Sizin Reklam Burada

Ruslan ölkəmizə gətirilir - Atası danışdı

Ruslan ölkəmizə gətirilir - Atası danışdıİnanırdıq ki, Prezidentimiz İlham Əliyev Ruslanın ölkəmizə gətirilməsinə nail olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Ruslan Pənahovun atası Eldəniz Pənahov ötən gün Ermənistan İstintaq Komitəsinin Ruslana qarşı cinayət təqibini ləğv etməsi haqqında danışarkən deyib.

O bildirib ki, dünən gecə yayılan xəbərə görə bütün ailə, doğmalar sevinc içindədir:

“Bu sevinci ifadə edə bilmərəm. Düzdür, hələlik azad olunması, Azərbaycana gətirilməsi ilə bağlı rəsmi bir xəbər yoxdur. İnşallah, Prezident İlham Əliyev oğlum Ruslanı vətənimizə gətirəcək. Hamımız Ruslandan xəbər gözləyirik”.

Qeyd edək ki, fevralın 28-də duman səbəbindən yolu azaraq Ermənistanla şərti sərhədi keçən və saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində Ermənistan istintaq Komitəsi cinayət təqibinə xitam verilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər