Sizin Reklam Burada

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb?

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb?Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.az-a açıqlama verən Ramiz Mehdiyev yayılan məlumatların yalan olduğunu bildirib.

“Mənim səhhətimdə heç bir problem yoxdur. "Çek-ap" (Check-up) müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

Qeyd edək ki, Gununsesi.info saytı Ramiz Mehdiyevin səhhətində ciddi problemin yarandığını və onun müalicə üçün İsrailə aparıldığını yazmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər