Sizin Reklam Burada

“Psixoloji yardım ayı"- xeyriyyə tədbirləri təşkil edilir

“Psixoloji yardım ayı"- xeyriyyə tədbirləri təşkil edilirSon dövrlərdə qarşılaşdığımız bir çox hadisələr ciddi təşviş doğurur. Təəssüf ki, cəmiyyəti qayğılandıran bu hadisələrin iştirakçıları və şahidləri uşaqlar, yeniyetmələr və gənclərdir. Bəzi yeniyetmələrin arzuolunmaz davranışlar sərgiləməsi, hətta intihara belə əl atmaları hər kəsi narahat edən məsələlərdəndir. Bütün bunlar isə uşaq və yeniyetmələrin tərbiyəsi istiqamətində ciddi boşluqların olduğunu ortaya qoyur.

Avrasiya.net xəbər verir ki, uşaqların düzgün şəkildə, cəmiyyətə yararlı formada yetişməsində bir çox nüanslar əsas yer tutur ki, bunlardan birincisi lap uşaq yaşlarından valideynin onunla davranış formasından başlayır. Övlad tərbiyəsi onların böyüyüb yetkinlik yaşlarına çatanda yox, elə uşaqlıqdan başlayır. Uşaqların sağlam ruhda böyümələri üçün onların sağlam ruhlu ailələrə ehtiyacı var. Cəmiyyətin mövcud durumunu incələmək üçün ailələri incələmək yetərlidir.

Gənc nəslin sağlam və xoşbəxt gələcəyinin təmin edilməsində vətəndaş cəmiyyətinin məsuliyyətini dərk edən “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi cari ilin 01 mart 2024-cü il tarixindən 01 aprel 2024-cü il tarixinədək azyaşlılar, yeniyetmələr və onların valideynləri, həmçinin gənc ailələr, ailə qurmaq ərəfəsində olan hər kəs üçün xeyriyyə tədbiri - “Psixoloji Yardım Ayı” təşkil edir. Təşkilatın təşəbbüsü ilə təşkil olunan “Psixoloji Yardım Ayı”nın əsas məqsədi xidmətin əlçatanlığını təmin etmək üçün hər kəsin ödənişsiz psixoloji bilik və səriştələrinin birbaşa üsullarla artırılması istiqamətində təlimlər, mühazirələr və konsultasiyaların həyata keçirilməsidir.

Tədbir təcrübəli mütəxəssis, “Sabaha ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, psixoloq Nərminə Cəfərovanın iştirakı ilə aşağıdakı ünvanda keçiriləcəkdir:

Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” Nəşriyyatının binası, 6-cı mərtəbə, otaq 222. Əlaqə telefonu: 0503223869.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər