Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır
Dərc olunub:
29-02-2024, 16:50
Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq.
Avrasiya.net xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Naxçıvan Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək. Məzunlar diplomlarını Naxçıvan Universitetinin məzunu olaraq alacaqlar.