Sizin Reklam Burada

Prokuror jurnalistə ağır cəza istədi

Prokuror jurnalistə ağır cəza istədiHəbsdə olan jurnalist Cəmil Məmmədli barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in xəbərinə görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prosesdə dövlət ittihamçısı Samir Məmmədov çıxış erdib. Prokuror Cəmil Məmmədlinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Proses martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.

Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər